Patrik Klyuvertin oğlu Castin Klyuvertin yeni komandası müəyyənləşib.
Fanat.Az-ın məlumatına görə, "Ayaks”dan ayrılan 19 yaşlı hücumçu karyerasını İtaliyada davam etdirəcək.
Castin "Roma” ilə anlaşıb. Bu gün İtaliya paytaxtına yollanan gənc forvard tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.
Fanat.Az