Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) "Xəzər Lənkəran"ın transfer qadağası isə bağlı iclasını təxirə salıb. Fanat.az xəbər verir ki, bosniyalı futbolçu Veldin Muharremoviçin şikayəti əsasında "ağ-yaşıllar"a qoyulan transfer qadağası iyunun 30-da keçirilməli olan iclasda müzakirə olunmalı və yekun qərar verilməliydi.
Dünən CAS-dan klubun ofisinə yeni məlumat daxil olub. Həmin məlumatda bildirilir ki, Lənkəran təmsilçisinin şikayətinə iyulun sonuncu günündə baxılacaq.
CAS-ın bu cür ikili standartlara söykənən süründürməçiliyinin klubun planlarına mənfi təsir edəcəyi şübhəsizdi.
Fanat.az