CAR Konqonu yenib medal qazandı

CAR Konqonu yenib medal qazandı

Afrika Millətlər Kubokunda bürünc mükafatçı müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, Cənubi Afrika Respublikası yığması üçüncü yer uğrunda qarşılaşmada Konqoya qalib gəlib.

Matçın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə CAR futbolçuları daha güclü olub - 6:5.

Fil Dişi Sahilinin ev sahibliyi etdiyi turnirə bu gücə yekun vurulacaq. Finalda meydan sahibləri ilə Nigeriya millisi üz-üzə gələcək. 

Qeyd edək ki, sonuncu dəfə 2022-ci ildə keçirilən turnirin son qalibi Seneqal olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər