"Striptiz göstərən qadından ana olmaz”. Fanat.Az xəbər verir ki, bu sözləri "Beşiktaş"ın futbolçusu Caner Erkin deyib.
O, bu sözləri keçmiş həyat yoldaşı Asena haqqında səsləndirib. Belə ki, son dövrlər Canerlə Asena arasında münasibətlər yenidən kəskinləşib. Cütlük anlaşmalı şəkildə boşansa da, Canerin Şükran Ovalı ilə evliliyindən sonra Asenanın tələbləri bitmək bilmir. Caner övladı üçün lazım olan ödənişləri etdiyini desə də, Asena yüksək məbləğ tələb edirdi. Məhkəmə də Asenanın tələb etdiyi məbləğin yüksək olduğunu bildirib.
Baş verən bütün bu söz-söhbətlər ulduz futbolçunun oğlunu öz nüfuzuna keçirmək istəməsi ilə yekunlaşıb. Asenanın “İnstagram” hesabında "dirək görəndə dayana bilmirəm" başlığı ilə paylaşdığı striptiz videosu Caneri özündən çıxarıb. O, açıqlamasında bunları deyib:
"Keçmiş həyat yoldaşım uşağım üçün məndən tələb etdiyi pulları özü üçün xərclədiyir və zamanını oğlu ilə keçirməli olsa da səyahətlərdə, gecə klublarında, partilərdə və striptiz klublarında əylənir. Striptiz göstərən qadından ana olmaz. O, hamiləlik dönəmində arıqlama həbləri qəbul edərək uşağın sağlamlığını heçə sayırdı. Gecə klublarının önündə sarxoş halda yaxalanırdı. Oğlu ilə keçirməli olduğu zamanı sevgilisi ilə ölkə daxilində və xaricindəki səyahətlərdə, gecə klublarında, striptiz klublarda keçirir".

Fanat.Az