Cakadan sonra Embolonun da başı dərddə: İsveçrə millisindən kənarlaşdırıldı

Cakadan sonra Embolonun da başı dərddə: İsveçrə millisindən kənarlaşdırıldı

İsveçrə milli komandasında 2021-ci ildə COVID-19 test sertifikatlarının saxtalaşdırılması ilə bağlı qalmaqal davam edir. Fanat.Az xəbər verir ki, kapitan Qranit Cakanın ardınca hazırda MLS təmsilçisi "Atlanta Yunayted"də oynayan hücumçu Breel Embolo da oxşar ittihamla üz-üzə qalıb. İnformasiyanı jurnalist Kreyq Kinq yayıb. Məhz bu xəbərdən sonra İsveçrə Futbol Assosiasiyası 29 yaşlı hücumçunun milli komandadan kənarlaşdırıldığını və UEFA Millətlər Liqasının açılış matçlarında oynamayacağını elan edib: "Brel Embolo bizi şəxsi həyatındakı problem ilə bağlı məlumatlandırdı. Bundan sonra rəhbərlik oyunçunun əvvəlcə planlaşdırıldığı kimi, milli komandaya qoşulmayacağına və komandanın hazırkı təlim-məşq toplanışını onsuz keçirəməsinə qərar verdi". Bu ilin aprel ayında İsveçrə milli xokkey komandasının baş məşqçisi Patrik Fişer də koronavirus peyvənd sertifikatlarını saxtalaşdırdığına görə işindən məhrum edilib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər