Cahangir Hacıyev yeni baş məşqçi barədə danışdı

Cahangir Hacıyev yeni baş məşqçi barədə danışdı

"İnter"in fəxri prezidenti Cahangir Hacıyev klubunun yeni baş məşqçisinin kim olacağı barədə fikirlərini bölüşüb. Fanat.az xəbər verir ki, Beynəlxalq Bankın prezidenti sualdan qismən yayınmağa çalışıb:

"Mövsümün sonunda Kaxaber Tsxadadze tutduğu vəzifədən gedəcək. Onun Gürcüstan millisinin "sükanı arxası"na keçməsi bizi sevindirir. Eyni zamanda, bu vidalaşmanın klubumuza da təsir edəcəyi şübhəsizdi. Yeni baş məşqçi barədə danışmaq hələ tezdi. çünki dəqiqliyi ilə heç mən də bilmirəm ki, bu posta kimi təyin edəcəyik. Pusiç köməkçi məşqçi kimi dəvət olunub. Ancaq bu, o demək deyil ki, bosniyalı mütəxəssis mütləq klubumuzun baş məşqçisi olacaq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər