«Neftçi»nin baş məşqçisi Böyükağa Hacıyevin cəzası başa çatıb. İdman24.az xəbər verir ki, baş məşqçi Premyer Liqanın XXIX turunda «Qarabağ»la baş tutacaq səfər matçında komandanın başında olacaq.Qeyd edək ki, Hacıyev məhz «Qarabağ»la oyundan sonra cəzalandırılmışdı. XXV turda baş tutan və «Neftçi»nin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşan oyundan sonra AFFA və Peşəkar Futbol Liqasının ünvanına «xoşagəlməz» ifadələr səsləndirən çalışdırıcıya İntizam Komitəsi 10 oyunluq cəza vermişdi.Bu, Hacıyev üçün mövsümün bitməsi demək idi. Lakin Apelyasiya və Ekspert Komitəsi «Neftçi»nin şikayətinə baxaraq, cəzanı 3 oyuna endirmişdi. 26-28-ci turlardakı «Simurq», «Qəbələ» və «İnter»lə oyunları kənardan izləyən Hacıyev sabah yenidən texniki zonada yer alacaq.Qeyd edək ki, baş məşqçinin olmadığı dövrdə «Neftçi»ni meydana Tərlan Əhmədov çıxarırdı. İdman24.az
Böyükağa Hacıyevin cəzası başa çatıb
TREND
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu
Redaksiyadan
18:43
10.10.2026
AAF rəhbərliyi Avropa federasiyasının prezidenti ilə görüşdü
Digər
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
Digər
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"