Dünən "İnterAz" televiziyasında "Arena" verilişinin növbəti buraxılışı olub. Fanat.az xəbər verir ki, müəllif və aparıcı Rüfət Nadirlinin bu dəfəki qonaqları "Neftçi"nin sabiq baş məşqçisi və hazırda klub prezidentinin müşaviri vəzifəsində çalışan Böyükağa Hacıyev və tanınmış müğənni Gökhan Erol olub.
Verilişdə Böyükağa Hacıyev Redniklə olan xatirələrə toxunub və milli ilə bağlı iddialı açıqlama verərək "Mən millinin baş məşqçisi olsam, 6 aydan sonra istədiyiniz nəticəni verə bilərəm" deyib.