"Heç bir problemimiz yoxdu. Komanda gündə iki dəfə məşqə çıxır". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Baş məşqçi əsas çətinliklərini açıqlayıb: "Əsas çətinlik odu ki, burda havalar çox istidi. Amma bu bizim işimizə mane olmur. Çünki Azərbaycan da isti ölkədi. Demək olar ki, iqlimlərimiz oxşardı. Legionerlərin hamısı bu gün-sabah tam yığışacaq. Bundan sonra hazırlıqlarımız daha yüksək səviyyədə gedəcək".
Hacıyev komandanı tərk edən futbolçularla bağlı da danışıb: "Əvəzedilməz futbolçu və ya məşqçi yoxdu. Kimsə xoşbəxtliyi başqa yerdə axtarırsa, getsin. Gedəni zorla saxlamazlar. Bu gün "Neftçi"nin heyətində lazım olan qədər gənc futbolçu var".
Bəzi aparıcı futbolçuları ilə yollarını ayıraraq, gəncləşdirmə siyasəti aparan komandanın baş məşqçisi "Neftçi" bu mövsüm iddialı olmayacaq" iddialarına da cavab verib: "Bizim iddiamız bizimlə birlikdə öləcək. Nə qədər də nəfəsimiz gedir-gəlir, həmişə iddialı olacağıq".
Fanat.az