Böyükağa Hacıyev: "Dinamo"n bizi ciddiyə alaraq..."

Böyükağa Hacıyev: "Dinamo"n bizi ciddiyə alaraq..."
"Rəqibi xüsusi təqdim etməyə ehtiyac var? “Dinamo” (Kiyev) Avropanın adlı-sanlı klublarından biridi". Fanat.az xəbər verir ki, bu sözləri bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
"Neftçi" dünən Avstriyada "Dinamo" ilə yoxlama oyunu keçirib və 2:2 hesablı heç-heçəyə razılaşıb. Böyükağa Hacıyev matçla bağlı fikirlərini bildirib: "Biz hələ Bakıda və ondan sonra Boludakı təlim-məşq toplanışında olarkən klub rəhbərliyi bildirmişdi ki, “Dinamo” (Kiyev) ilə oyunumuz nəzərdə tutulub. Sevindirici məqam idi ki, Ukrayna komandası “Neftçi”ni son dərəcədə ciddiyə alaraq, əsas heyətlə meydana çıxdı. Sanki, rəsmi oyunmuş kimi meydançada çox amansız mübarizə getsə də, futbolçular bir-birinə hörmətlə yanaşdılar. Bolu toplanışından sonra belə rəqiblə oyunda komandanın fiziki durumunun nə yerdə olduğunu bilmək çox önəmli idi. Bu baxımdan məmnun qaldım". 
Baş məşqçi rəqibin ad-sanından çəkinmədiklərini deyib: "Sevindirici məqamlardan biri budu ki, “Dinamo” (Kiyev) kimi heyətində milyonlarla qiyməti olan futbolçuların çıxış etdiyi rəqibdən çəkinmədik. Bu oyunda dəfələrlə yüzfaizlik qol epizodu yaratdıq və bunlardan da ikisini qola çevirdik. Hesabda geri düşməsinə baxmayaraq komandamız məğlubiyyətlə barışmaq istəmədi və əzmkarlıq nümayiş etdirdi. Futbolçuların əzmkarlığından, əsasən də gənc yerli oyunçulardan razı qaldım. Yeni transfer Kaue də bu oyunda özünü yaxşı tərəfdən göstərdi, bununla belə komandaya uyğunlaşması davam edir. Qarşıda hələ bir neçə hazırlıq oyunumuz var. İyulun 17-də Avroliqada keçirəcəyimiz ilk matçadək optimal heyəti müəyyənləşdirməliyəm və bunun üzərində də iş gedir".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər