"Böyük Dəbilqə": Son 4 cüdoçumuz mübarizəyə başlayır

"Böyük Dəbilqə": Son 4 cüdoçumuz mübarizəyə başlayır

Antalyada (Türkiyə) Azərbaycan komandasının iştirakı ilə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə bu gün yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, üçüncü yarış günündə dörd idmançımız tatami üzərinə çıxacaq.

Məmmədəli Mehdiyev (90 kq) startda İvaylo İvanov (Bolqarıstan) - Paul Kibikai (Qabon) cütünün qalibi ilə qarşılaşacaq.

Eyni çəkidəki Murad Fətiyev Nam-Hun Li (Cənubi Koreya) ilə mübarizə aparacaq.

Uşanqi Kokauri (+100 kq) Yevgeni Balievski (Ukrayna) - Qalimjan Krikbay (Qazaxıstan) cütünün qalibi ilə görüşəcək.

Nəhayət, Camal Qamzatxanov (+100 kq) Şoxrux Mamarasulovla (Özbəkistan) qarşılaşacaq.

Qeyd edək ki, iki gündən sonra komandamızın hesabında iki medal var: Səid Mollayi (81 kq) gümüş, Hidayət Heydərov (73 kq) isə bürünc medala sahib olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər