“Böyük Dəbilqə”nin ilk günündə cüdoçularımız uğursuz çıxış etdilər

“Böyük Dəbilqə”nin ilk günündə cüdoçularımız uğursuz çıxış etdilər

Azərbaycan cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə uğursuz çıxış ediblər.

Fanat.Az xəbər verir ki, mübarizəyə qoşulan 3 idmançıdan heç biri medal qazana bilməyib.

Əhməd Yusifov (60 kq) və Ruslan Paşayev (66 kq) startda türkiyəli rəqiblərinə məğlub olublar. Yusifov 1/16 finalda Salih Yıldıza, Paşayev isə 1/32 finalda Muhammed Dəmirələ yenilib.

Rəşad Yelkiyev (66 kq) cəmi bir mərhələ adlaya bilib. O, Baibol Salamat Uuludan (Qırğızıstan) güclü olsa da, 1/16 finalda Obid Dzebova (Tacikistan) məğlub olub.

Martın 30-da Azərbaycan millisinin heyətində Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq) və Ömər Rəcəbli (81 kq) mübarizə aparacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər