"Böyük Dəbilqə": İkinci gün medalsız tamamlandı

"Böyük Dəbilqə": İkinci gün medalsız tamamlandı

Azərbaycan cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci gününü medalsız başa vurublar.

Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə mübarizəyə 4 kişi cüdoçumuz qoşulub.

81 kq çəki dərəcəsində Zelim Tçkayev 1/4 finala qədər irəliləsə də, əvvəlcə bu mərhələdə tacikistanlı Somon Mahmadbekova, daha sonra isə təsəlliverici görüşdə almaniyalı Dominik Resselə məğlub olub. Həmin çəkidəki digər idmançı Məhərrəm İmamverdiyev 1/16 finalda çıxdığı ilk dueldə uduzub.

73 kq çəkidə Azərbaycanı təmsil edən Telman Vəliyev və Rəşid Məmmədəliyev 1/8 finalda turnirlə vidalaşıblar.

Qeyd edək ki, "Böyük Dəbilqə"nin ilk günündə Azərbaycanın 8 cüdoçusu çıxış edib. Onlardan yalnız Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb. Turnirə iyunun 18-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər