"Böyük Dəbilqə": Daha 4 cüdoçumuz mübarizəyə başlayır

"Böyük Dəbilqə": Daha 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 4 cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə"də mübarizəyə başlayır.

Fanat.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov 1/16 final mərhələsində Aleksandr Brernd Qabler (Almaniya) / Erdenebayar Batzaya (Monqolustan) cütünün qalibi, eyni çəkidəki Nurlan Osmanov 1/32 finalda Aleksandru Rayku (Rumıniya) ilə üz-üzə gələcək.

81 kq-da yer alan Səid Mollayi 1/16 finalda Tiziano Falkon (İtaliya) / Jus Mesilosek (Sloveniya) duelinin güclüsü ilə, eyni çəkidəki Zelim Tçkayev Nikola Qardaşeviçlə (Monteneqro) görüşəcək.

Qeyd edək ki, ilk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər. Yarışa aprelin 2-də yekun vurulacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər