"Böyük Dəbilqə": Cüdoçularımız rəqiblərini tanıdı

"Böyük Dəbilqə": Cüdoçularımız rəqiblərini tanıdı

Astanada (Qazaxıstan) sabah başlayacaq cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, yarışda iştirak edəcək Azərbaycan yığmasının 17 üzvünün də ilk rəqiblərinin adına aydınlıq gəlib. 

Kişilər Kənan İsmayılov (60 kq) - Aybek Omirov (Türkmənistan) Nazir Talıbov (60 kq) - Fransisko Mendes (Portuqaliya) Kəramət Hüseynov (66 kq) - Nurəli Emomali (Tacikistan) Kamran Süleymanov (66 kq) - Odibcon Jebov (Tacikistan) Telman Vəliyev (73 kq) - Endryu Muninqs (Baham adaları) Rəşid Məmmədəliyev (73 kq) - Parahat Nazarov (Türkmənistan) Məhərrəm İmamverdiyev (81 kq) - Tim Qramkov (Almaniya) Zelim Tçkayev (81 kq) - Askerbi Gerbekov (Bəhreyn) Vüqar Talıbov (90 kq) - Lui Krober-Qaqnon (Kanada) Elcan Hacıyev (90 kq) - Aleks Kret (Rumıniya) Aslan Mirzəyev (100 kq) - Bekzat Şaqatayev (Qazaxıstan) Uşanqi Kokauri (+100 kq) - Jonas Freiber (Almaniya) Camal Qamzatxanov (+100 kq) – Valeri Endovitski (neytral status) – Erasil Kazibayev (Qazaxıstan) cütünün qalibi

Qadınlar Leyla Əliyeva (48 kq) - Nuralim Sarsenbek (Qazaxıstan) Ramilə Əliyeva (48 kq) - Şihua Han (Çin) Gültac Məmmədəliyeva (52 kq) - Tolqanay Abeuova (Qazaxıstan) - Ariana Toro (İspaniya) cütünün qalibi Aydan Vəliyeva (52 kq) - Ryoko Takeda (Yaponiya)

Qeyd edək ki, "Böyük Dəbilqə" üç gün davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər