"Böyük Dəbilqə": Azərbaycanın iki "bürünc" şansı

"Böyük Dəbilqə": Azərbaycanın iki "bürünc" şansı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunan "Böyük Dəbilqə"də yarımfinal görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı neytral statusda çıxış edən rusiyalı cüdoçu İnal Tasoyevlə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Kokauri bürünc medal uğrunda monqolustanlı Tsetsentsengel Odxuuya rəqib olub.

100 kq-da yer alan Zelim Kotsoyev üçüncülük qarşılaşmasında digər rusiyalı Arman Adamyanla qarşılaşacaq.

Bu gün tatamiyə çıxan Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq), Camal Qamzatxanov (+100 kq) medal şanslarını itiriblər.

Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq) bürünc medala sahib çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər