"Böyük Dəbilqə": Azərbaycanın 8 cüdoçusu mübarizəyə başlayır

"Böyük Dəbilqə": Azərbaycanın 8 cüdoçusu mübarizəyə başlayır

Bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək.

Fanat.Az xəbər verir ki, yarışın ilk günündə 4 çəki dərəcəsində 8 cüdoçumuz tatamiyə çıxacaq. Kişilər arasında 60 kq çəkidə Kənan İsmayılov və Nazir Talıbov, 66 kq çəkidə Kəramət Hüseynov və Kamran Süleymanov medallar uğrunda mübarizə aparacaq.

Qadınlar arasında isə 48 kq çəkidə Leyla Əliyeva və Ramilə Əliyeva, 52 kq çəkidə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva güclərini sınayacaq.

Qeyd edək ki, yarış üç gün davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər