"Böyük Dəbilqə": Azərbaycan turniri iki medalla başa vurdu

"Böyük Dəbilqə": Azərbaycan turniri iki medalla başa vurdu

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin 2 üzvü mübarizə aparıb.

Vüqar Talıbov (90 kq) 1/16 finalda Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aram Qriqoryana uduzaraq mübarizəni dayandırıb.

Camal Qamzatxanov (+100) isə ilk görüşündə gürcüstanlı İrakli Demetraşvilini üstələsə də, 1/4 finalda kubalı Eddi Qrande ilə bacarmayıb.  Rəqibi finala çıxdığından Azərbaycan cüdoçusu təsəlliverici qarşılaşmalara qatılmaq hüququ qazanıb. Özbəkistanlı Şohruxon Baxtiyorova məğlub olan Qamzatxanov yekunda 7-ci yeri tutub.

Beləliklə, Azərbaycan yığması turniri iki medalla başa vurub. Turan Bayramov (60 kq) qızıl, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər