"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi

"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi

Fevralın 17-də İsrailin paytaxtı Təl-Əvivdə start götürəcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycanın kişilərdən ibarət yığmasının 10 üzvünün də ilk rəqibləri bəlli olub.

60 kq Kəramət Hüseynov - Rayan Konseysao (Braziliya) Balabəy Ağayev - Matan Kokolayev (İsrail) / Xulio Delqado (Kuba) cütünün qalibi

66 kq Yaşar Nəcəfov - Yevgeni Qonçarko (Ukrayna)

73 kq Hidayət Heydərov - Daniyar Şamşayev (Qazaxıstan) / Oron Giner (İsrail) cütünün qalibi Rüstəm Orucov - Obidxon Nomonov (Özbəkistan) / Antonio Tornal (Dominikan) cütünün qalibi

90 kq Məmmədəli Mehdiyev - Nadav Zurat (İsrail) / Artyom Bubir (Ukrayna) cütünün qalibi Rüfət İsmayılov - Uşanqi Marqiani (Gürcüstan)

100 kq Zelim Kotsoyev - Xanqal Odbaatar (Monqolustan) Elmar Qasımov - Robert Florentino (Dominikan)

+100 kq Uşanqi Kokauri (+100 kq) - Onise Buqadze (Gürcüstan).

Qeyd edək ki, "Böyük Dəbilqə"də 34 ölkədən 298 (165 kişi, 133 qadın) cüdoçu mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər