“Böyük Dəbilqə”: Murad Fətiyev gümüş medal qazandı

“Böyük Dəbilqə”: Murad Fətiyev gümüş medal qazandı

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ikinci günündə Azərbaycan yığmasının daha bir üzvü medal qazanıb.

Fanat.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan Murad Fətiyev turniri gümüş medalla başa vurub.

O, ardıcıl olaraq Aydar Arapov (Qazaxıstan), Pol Kibikai (Qabon), Loris Tassyer (Fransa), Tiqo Renes (Niderland) və Luka Maysuradzeni (Gürcüstan) üstələyərək finala yüksəlib. Fətiyev həlledici görüşdə niderlandlı idmançı Noel Van Endə məğlub olub.

Xatırladaq ki, “Böyük Dəbilqə”nin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl medal qazanmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər