"Böyük Dəbilqə": İlk gündə üç cüdoçumuz yarışır

"Böyük Dəbilqə": İlk gündə üç cüdoçumuz yarışır

Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq. Kişilərin 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 final mərhələsində Matteus Takaki (Braziliya) - Petros Çristodoulides (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.

66 kq-da yer alan Yaşar Nəcəfov eyni mərhələdə An Cehonq (Cənubi Koreya) - Cerard Kadet (Haiti) duelinin güclüsü ilə qarşılaşacaq.

73 kq çəkidəki Nurlan Osmanov 1/32 finalda İdo Levinlə (İsrail) münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, "Böyük Dəbilqə"yə fevralın 5-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər