"Böyük Dəbilqə": Daha üç cüdoçumuz mübarizə aparacaq

"Böyük Dəbilqə": Daha üç cüdoçumuz mübarizə aparacaq

Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, son yarış günündə daha üç təmsilçimiz tatami üzərinə çıxacaq. 81 kq-da Murad Fətiyev, 90 kq-da Məmmədəli Mehdiyev, 100 kq-dan yuxarı çəkidə isə Uşanqi Kokauri qüvvəsini sınayacaq. Hər üç milli üzvü mübarizəyə 1/8 finaldan başlayacaq.

Fətiyev startda Şeyx Dabonn Abraham Fauzi (Fil Dişi Sahili) / Tim Qramkov (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Mehdiyevin ilk rəqibi Rumenici İppet (Konqo) / Aleksis Matyö (Fransa) cütünün güclüsü olacaq. Kokauri isə Emre Sanalın (Fransa) müqavimətini qırmağa çalışacaq.

Təsnifat mərhələsinin qarşılaşmaları Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər