Böyük Dəbilqə: Daha dörd cüdoçumuz mübarizəyə başlayır

Böyük Dəbilqə: Daha dörd cüdoçumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha dörd cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.

Fanat.Az-ın məlumatına görə, yarışın sonuncu günündə Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qamzatxanov və Uşanqi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaq.

Böyük Dəbilqə

90 kq Elcan Hacıyev - Daniel Nieto Trinidad (İspaniya) Vüqar Talıbov - Caxonqir Maxidov (Tacikistan)

+100 kq Camal Qamzatxanov - Lukas Krpalek (Çexiya) Uşanqi Kokauri - Yerassul Kazbayev (Qazaxıstan)

Qeyd edək ki, daha əvvəl Leyla Əliyeva (48 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər