Millimiz Böyük Dəbilqəni bir medalla başa vurdu

Millimiz Böyük Dəbilqəni bir medalla başa vurdu
Bu gün Azərbaycanın son təmsilçisi Rusiyanın Kazan şəhərindəki cüdo üzrə Böyük Dəbilqədə mübarizə aparıb.
Fanat.Az xəbər verir ki, üçüncü yarış günündə 100 kq-dan yuxarı çəki dərəcəsində Camal Feyziyev tatami üzərinə çıxıb.
O, 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə Marius Fizelə (Slovakiya) qalib gəlsə də, növbəti raundda braziliyalı Rafael Silvaya ipponla uduzub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın mübarizəyə qoşulmuş 9 cüdoçusundan yalnız Murad Fətiyev (81 kq) medal qazana bilib. Fətiyev həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər