İyunun 3-də Gürcüstanın paytaxtı Tbilisidə start götürəcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan təmsilçilərinin də ilk rəqibləri bəlli olub.
Kişilər
60 kq 1/8 final. Turan Bayramov - Allan Kuvabara (Braziliya) / Xanbolat İrisbekov (Qırğızıstan) cütünün qalibi 1/8 final. Rövşən Əliyev - Daniel Lautger (Avstriya) / İrakli Kupatadze (Gürcüstan) cütünün qalibi
66kq 1/16 final. İsmayıl İbrahimov - Yevgen Qonçarenko (Ukrayna) 1/16 final. İbrahim Əliyev - Serdar Rahimov (Türkmənistan)
73 kq 1/16 final. Telman Vəliyev - İlham Kemalov (Türkmənistan)
81 kq 1/16 final. Zelim Tskayev - Mohammed Əlharbi (Səudiyyə Ərəbistanı) 1/16 final. Elcan Hacıyev - Vladimir Zoloyev (Qırğızıstan)
90 kq 1/16 final. Murad Fətiyev - Adlet Missin (Qazaxıstan)
Qadınlar
48 kq 1/8 final. Şəfəq Həmidova - Nataşa Ferreyra (Braziliya) 1/8 final. Aişə Qurbanlı - Amber Qerşes (Niderland)