Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finalda

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finalda

Azərbaycanın iki cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.

Fanat.Az xəbər verir ki, 100 kq-da çıxış edən Zelim Kotsoyev və 100 kq-dan yuxarı çəkidə yarışan Uşangi Kokauri həlledici görüşə vəsiqə qazanıblar.

Onlar qızıl medal uğrunda qarşılaşmada müvafiq olaraq niderlandlı Mixael Korrel və monqolustanlı Tsetsensengel Odxugiyn ilə üz-üzə gələcəklər.

90 kq-da yer alan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə braziliyalı Rafael Makedonu sınağa çəkəcək.

Yarışın son günündə mübarizəyə qoşulmuş digər Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) isə 1/8 finalda uduzaraq medalsız qalıb.

Qeyd edək ki, hələlik yığmanın aktivində bir gümüş medal var. Yeganə mükafatı 66 kq-da Orxan Səfərov qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər