"Böyük Dəbilqə": Azərbaycanı 33 cüdoçu təmsil edəcək

"Böyük Dəbilqə": Azərbaycanı 33 cüdoçu təmsil edəcək

Azərbaycan cüdo millisinin Bakıda keçiriləcək "Böyük Dəbilqə" turniri üçün yekun heyəti məlum olub.

Fanat.Az xəbər verir ki, doğma divarlar arasında 33 (25 kişi, 8 qadın) idmançımız qələbə uğrunda mübarizə aparacaq. Ölkəmiz kişilərin 60, 66, 73 və 81 kiloqram çəki dərəcələrində maksimum sayda - 4 cüdoçu ilə təmsil olunacaq.

Kişilər: Balabəy Ağayev, Turan Bayramov, Əhməd Yusifov, Rövşən Əliyev (hamısı 60 kq), Orxan Səfərov, İbrahim Əliyev, İsmayıl İbrahimov, Tofiq Məmmədov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev, Rüfət Məmmədov (73 kq), Elcan Hacıyev, Kərim Məmmədov, Ömər Rəcəbli, Hasil Cəfərov (81 kq), Məmmədəli Mehdiyev, Rüfət İsmayılov, Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli, Adil Kərimli, Kənan Abdullaxanlı (100 kq), Uşanqi Kokauri, Camal Feyziyev, Hüseyn Məmmədov (+100 kq).

Qadınlar: Aişə Qurbanlı, Şəfəq Həmidova (48 kq), Ülviyyə Bayramova, Zeynəb Məmmədova (52 kq), Munxtsedev İçinxorlo (57 kq), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli, Südabə Ağayeva (70 kq).

Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"si 5-7 noyabrda keçiriləcək. Turnirdə 31 ölkədən 200-dən çox cüdoçunun iştirakı gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər