"Böyük Dəbilqə": Azərbaycan cüdoçusunun Tokioda ilk rəqibi bilindi

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusunun Tokioda ilk rəqibi bilindi

Azərbaycanın Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində yeganə təmsilçisi Leyla Əliyevanın ilk rəqibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində yer alan idmançı mübarizəyə 1/8 finaldan qoşulacaq. Bu mərhələdə onun rəqibi Edna Karrillo (Meksika) / Kurbanay Kurbanova (Türkmənistan) cütünün qalibi olacaq.

İdmançımız tatami üzərinə dekabrın 4-də çıxacaq.

Qeyd edək ki, turnirdə 59 ölkədən ümumilikdə 346 cüdoçu mübarizə aparır. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər