"Böyük Dəbilqə": Azərbaycan cüdoçusunun rəqibi bilindi

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusunun rəqibi bilindi

Sabah Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək.

Fanat.Az xəbər verir ki, bu gün yarışın püşkatma mərasimi keçirilib. Beləliklə, Azərbaycanın yeganə təmsilçisi Leyla Əliyevanın da ilk rəqibinin adına aydınlıq gəlib.

Qadınların 48 kiloqram çəki dərəcəsində yer alan cüdoçu 1/8 finalda yerli idmançı Baasanxuu Davudorjla qarşılaşacaq.

Qeyd edək ki, üç gün davam edəcək "Böyük Dəbilqə"də 30 ölkədən 255 cüdoçu mübarizə aparacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər