Almaniya Futbol Məşqçiləri Birliyi (BDFL) böyük səhvə yol verib. Fanat.az xəbər verir ki, birlik təşkil etdiyi tədbirə bir baş məşqçini dəvət etməyib.
Belə ki, 10 aydı "Hannover 96"nı çalışdıran Tayfun Korkut 1-ci və 2-ci Bundesliqa klublarının baş məşqçiləri üçün keçirilən seminara çağırılmayıb. Almaniya mətbuatının məlumatına görə, baş məşqçilər tədbirə e-mail vasitəsi ilə dəvət olunur və Tayfun Korkuta mesaj öndərmək yaddan çıxıb.
BDFL-in baş katibi Mixael Meurer məsələ ilə bağlı bunları deyib: "Dəvətlər baş məşqçilərin e-malilləri vasitəsi ilə edilir. Həmçinin klubların da e-mail ünavanına dəvət göndərililir".
Baş məşqçilərinin tədbirə dəvət edilməməsinə əsəbiləşən "Hannover 96"nın meneceri Dirk Duffner "Belə bir problemləri varsa, BDFL e-mail ünvanlarının siyahısını yeniləsin" deyib.
Fanat.az