"Bütün uşaqların kumiri olmaq arzusundayam" - Braziliyalı vunderkind

"Bütün uşaqların kumiri olmaq arzusundayam" - Braziliyalı vunderkind

Hazırda Braziliyanın "Palmeyras" klubunun formasını geyinən, cari mövsümün sonunda müqavilə ilə məxsus olduğu "Real Madrid"ə qoşulacaq Endrik gənc nəslin kumiri olmaq istədiyini deyib.

Fanat.Az xəbər verir ki,  "Mundo Deportivo" 17 yaşlı hücumçunun sözlərini belə çatdırıb:

"Bilirəm ki, özüm də yeni nəslin nümayəndəsiyəm. Amma çox şey yaşamışam. Bütün uşaqların kumiri olmaq arzusundayam. Bunun çətin missiya olduğunu anlayıram. Elə insanlar var ki, məni sevmirlər. Ancaq onların da yeni kumirinə çevrilmək niyyətindəyəm. İstəyirəm ki, onlar mənə baxıb bu yaşda etdiklərimi edə biləcəklərini düşünsünlər".

Qeyd edək ki, cari mövsüm "Palmeyras" forması ilə bütün turnirlərdə 9 matça çıxan Endrik 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 55 milyon avro ilə dəyərləndirir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər