Buskets Messiyə görə ərəblərin təklifindən imtina edəcəkmi?

Buskets Messiyə görə ərəblərin təklifindən imtina edəcəkmi?

Lionel Messinin "İnter Mayami"yə keçidi Serxio Busketsin də qərarına təsir edə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.

Mənbə Səudiyyə Ərəbistanının iki klubuna - "Əl-Nəsr" və "Əl-Hilal"a da qoşulmaq variantları olan sabiq "Barselona"lının hazırda daha az məvacib qarşılığında Lionelin yanına yollanmaq barədə düşündüyünü vurğulayıb. 

Qeyd edək ki, Buskets artıq "Barselona" ilə vidalaşıb. Müqaviləsinin müddəti bu ay başa çatan oyunçu yeni anlaşmaya imza atmamaq qərarına gəlib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər