Buskets "El Klasiko"da tarixə düşdü - FOTO

Buskets "El Klasiko"da tarixə düşdü - FOTO

"Real Madrid"lə İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyunu "Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets üçün əlamətdar olub.

Fanat.Az xəbər verir ki, kataloniyalıların səfərdə 1:0 hesabı ilə qalib gəldiyi görüş komandanın kapitanının 46-cı "El Klasiko"su olub.  

Məlumatı "Barselona"nın mətbuat xidməti yayıb. 

Beləliklə, Buskets "Real" - "Barselona" qarşıdurmasında ən çox oyun keçirən oyunçu olub. İspaniyalı yarımmüdafiəçi derbidə 45 oyun keçirən keçmiş komanda yoldaşı Lionel Messini geridə qoyub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər