Türkiyənin “Bursaspor” komandasının baş məşqçisi Tamer Tuna bəzi legionerlərin maliyyə problemlərinə görə klubdan ayrılmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis bu barədə "Lifebursa" nəşrinə danışıb:
"Komandalarda tez-tez əcnəbi futbolçularla bağlı problemlər olur. Onsuz da Namik Ələskərov bizdən biri kimidir. Amma Nikolas Salasar və Reagi Ofosunun ortaya xarakter qoyub komandanı sahiblənməsi mənim üçün çox önəmlidir. Xüsusilə çətin dönəmdə və toplanışda bu futbolçuların komanda yoldaşlarına motivasiya vermələri bizi gücləndirir. Onların heç biri əcnəbi kimi davranmır".
Qeyd edək ki, ötən ilin avqustunda "Bursaspor"a transfer olmuş Namik Ələskərov I liqa təmsilçisi ilə 2 illik müqabilə imzalayıb.