"Bursaspor"un baş məşqçisi Samet Aybaba 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ozancan Kökçü barədə qərar verib.
Fanat.Az "TRT Spor"a istinadən xəbər verir ki, baş məşqçi 20 yaşlı yarımmüdafiəçinin icarəyə verilməsini istəyib.
Qeyd edək ki, Ozancan Kökçü "Bursaspor"un yeni mövsüm üçün təşkil olunan təlim-məşq toplanışında iştirak edib. O, 2017/18 mövsümünün ikinci yarısında icarə əsasında Hollandiyanın "Vaalveyk" klubunda top qovub.
Fanat.Az