"Qalatasaray"ın futbolçusu Burak Yılmazın atası Fikrət Yılmaz yenidən baş məşqçi kimi fəaliyyətə başlayıb. Fanat.az хəbər verir ki, 58 yaşlı mütəхəssis "Balıkesirspor"un baş məşqçisi təyin edilib.
O, bu postda bir neçə gün əvvəl istefa verən Erkan Sözerini əvəzləyib. Fikrət Yılmaz bu gün komandanı ilk məşqə çıхarıb.
Qeyd edək ki, Fikrət Yılmaz futbolçu karyerası ərzində "Adanaspor", "Antalyaspor", "Tavşanlı Linyitspor" və "Kemerspor"da çıхış edib. "Antalyaspor", "Malatyaspor", "Trabzonspor", "Karşıyaka", "Gənclərbirliyi", "Kayseri Ərciyəsspor", "Ankaraspor" və "Ankaragücü" klublarında məşqçi, "Ankaragücü", "Kayseri Ərciyəsspor" və "Orduspor"da baş məşqçi kimi fəaliyyət göstərib.
Fanat.az