"Qalatasaray"dan Çinin "Pekin Qoan” klubuna transfer olan Burak Yılmazın Asiya ölkəsində karyerası uğurlu başlamayıb. Fanat.az xəbər verir ki, hücumçu yeni komandasının məşqində zədələnib.
Bu, komandanın Dubaydakı təlim-məşq toplanışı zamanı baş verib. Burakın 2 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Bu səbəbdən futbolçu müalicə almaq üçün Türkiyəyə geri qayıdıb.
Fanat.az