Burak Yılmaz Türkiyəyə dönür - Yeni klubu

Burak Yılmaz Türkiyəyə dönür - Yeni klubu

Çinin "Pekin Quoan" klubunda çıxış edən Burak Yılmaz Türkiyəyə dönmək qərarına gəlib. Fanat.Az xəbər verir ki, bu barədə "Fanatik" qəzeti məlumat yayıb.

Bildirilir ki, 50-ci illiyində çempion olmaq istəyən və bu məqsədlə heyətinə bir neçə ulduz futbolçu qatmağı planlaşdıran "Trabzonspor"un siyahısında yer alan tanınmışlardan biri də Burak Yılmazdı. Məlumata görə, hazırda klub rəhbərliyi ilə futbolçu arasında danışıqlar gedir.

Xəbərdə qeyd olunur ki, Burak Yılmaz özü "Trabzonspor"a qayıtmaq istəyir. Tərəflər maaş məsələsində anlaşa bilsə, transfer baş tutacaq.

Qeyd edək ki, "Trabzonspor" Burak Yılmazı 2012-ci ildə "Qalatasaray"a 5 milyon avroya satmışdı. Türk futbolçu ötən il 8 milyon avro qarşılığında Çinə transfer olunmuşdu.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər