Burak Yılmaz Super Liqa klubunda - RƏSMİ

Burak Yılmaz Super Liqa klubunda - RƏSMİ

Türkiyəli mütəxəssis Burak Yılmazın yeni iş yeri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, o, “Kayserispor”a baş məşqçi təyin olunub. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

38 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Burak Yılmazın son klubu “Beşiktaş” olub. O, ötən ilin oktyabrında Şenol Günəşin istefa verməsindən sonra bir ay komandaya rəhbərlik edib.

“Kayserispor” hazırda Türkiyə Super Liqasının turnir cədvəlində 26 xalla 12-cidir.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər