Çinin "Beijinq Quoan" klubu baş məşqçisi Alberto Zakkeroni ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, buna komandanın uğursuz çıxışı səbəb olub.
Bu ayrılıqdan sonra "Qalatasaray"dan Asiya klubuna transfer olunan Burak Yılmazın gələcək karyerası da maraqla gözlənilir. Məsələ burasındadı ki, forvardın transferini məhz italiyalı çalışdırıcı istəmişdi.
Qeyd edək ki, Zakkeroni 2016-cı ilin yanvarında Çin klubunun "sükanı arxası"na gətirilmişdi.
Fanat.az