Burak Yılmaz arvadını döydüyü üçün məhkəməlik oldu - FOTOLAR

Burak Yılmaz arvadını döydüyü üçün məhkəməlik oldu - FOTOLAR

Türkiyə millisinin və Çinin “Pekin Quoan” klubunun futbolçusu Burak Yılmaz məhkəməyə verilib.

Fanat.az xəbər verir ki, onun həyat yoldaşı İstem Yılmaz ulduz futbolçudan şiddət gördüyü üçün məhkəməyə müraciət edib.

O, Burakdan boşanmaq istədiyini bildirib və 10 milyon TL təzminat tələb edib. 4 aylıq hamilə olan İstəm Yılmaz futbolçunun evdən uzaqlaşdırılmasına da nail olub.

Qeyd edək ki, cütlüyün Nazlı adında 1 qızı da var.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər