"Lill" Fransa Superkubokunu Burakın ötürməsiylə qazandı

"Lill" Fransa Superkubokunu Burakın ötürməsiylə qazandı
Təl-Əvivin (İsrail) "Blümfild" stadionunda Fransa Superkuboku uğrunda görüş keçirilib.
Fanat.Az xəbər verir ki, Fransa Kubokunun qalibi PSJ son çempion "Lill"ə qarşılaşıb.
Ərazi üstünlüyü parislilərdə olsa da, "Lill" 1:0 hesablı qələbə qazanaraq Superkuboka sahib çıxıb.
Yeganə qolu matçın 45-ci dəqiqəsində Şeka vurub.
Türkiyə millisinin "Lill" forması geyinən iki üzvü - Burak Yılmazla Zeki Çelik də vacib oyunda meydanda olub. 90 dəqiqə tər tökən Burak Şekanın vurduğu qolun ötürməsini verib. Zeki isə 79-cu dəqiqədə qol müəllifini əvəzləyib.
Nihat 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər