"Bunu edib daha çox əylənmək istəsək də..." - Karlo Ançelotti

"Bunu edib daha çox əylənmək istəsək də..." - Karlo Ançelotti

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti bu mövsüm 10 dəfə hesabda geri düşən komandasının növbəti dəfə "kambək" etməsi barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, AS nəşri italiyalı mütəxəssisin "Las Palmas"la oyundan sonra təşkil olunan mətbuat konfransındakı fikirlərini belə çatdırıb:

“Bu, sahib olduğumuz üstünlükdür. Motivasiya edilmiş skamya bizə çox şey verir. Baxmayaraq ki, hesabı birinci açmaq və bir az daha əylənmək istəsək də, bu, həmişə belə nəticə vermir. Mən ehtiyat oyunçular skamyamıza baxıram və başa düşürəm ki, matçın nəticəsini dəyişə biləcək oyunçular baxımından geniş seçimim var”.

"Real Madrid"  yanvarın 27-də şənbə günü İspaniya La Liqasının 22-ci turunun matçında "Las Palmas"ı 2:1 hesabı ilə məğlub edib.   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər