Bundesliqanın ən yaxşıları seçildi

Bundesliqanın ən yaxşıları seçildi

Almaniya Bundesliqasında mövsümün ən yaxşı oyunçusu Frank Riberi seçilib.

İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, "Kicker" jurnalı tərəfində keçirilən və 228 futbolçunun qatıldığı sorğuda 29,3 faiz səs çoxluğu ilə Riberi qalib gəlib. Riberini 19,3 faiz səslə Levandovski, 12,4 faiz səslə Şvanstayger və 11, 6 faiz səslə Mario Götze təqib edib.

Mövsümün ən yaxşçı qapıçısı "Bayern Münih"in qapıçısı Neuer olub.

Ən yaxşı məşqçi isə "Freiburg"un çalışdırıcısı Kristian Streich seçilib. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər