Bundesliqada yeni klub

Bundesliqada yeni klub
Almaniya Bundesliqasına vəsiqə uğrunda pley-off oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Bundesliqanı 16-cı pillədə tamamlayan "Ştutqart" 2-ci Bundesliqa təmsilçisi "Yunion Berlin"lə qarşılaşıb. 
"Ştutqart"ın meydanında keçirilən ilk oyunda 2:2 hesabı qeydə alınmışdı. Cavab görüşündə isə hesab açılmayıb. Beləliklə, Berlin təmsilçisi səfərdə vurduğu qollara görə Bundesliqada oynamaq hüququ qazanıb. "Ştutqart" isə gələn mövsümdən 2-ci Bundesliqada çıxış edəcək.
Qeyd edək ki, "Yunion Berlin" Bundesliqaya ilk dəfə vəsiqə qazanır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər