Bundesliqa təmsilçisi "Hamburq"da yeni baş məşqçi təyinatı baş verib. Fanat.az xəbər verir ki, bundan sonra komandaya Bert Van Marvijk başçılıq edəcək.
Ötən tur "Borussiya" məğlubiyyətdən sonra (6:2) Thorsten Finklə yollar ayrılmışdı. Yeni hollandiyalı mütəxəssis alman klubu ilə 2 illik müqavilə imzalayıb.
Fanat.az