Almaniya Bundesliqasında XXIII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, ötən gün 6 oyun baş tutub.
Lider "Bavariya" "Şalke 04"ü 5:1 hesabı ilə yenib. Dortmund "Borussiya"sı evdə "Nürnberq"ə 3:0 hesabı ilə qalib gəlib. "Bayer" "Maynts 05"ə uduzub, "Verder" "Hamburq"u udub - 1:0. "Ayntraxt" (Braunşveyq) - "Borussiya" (Münhenqladbax) və "Auqsburq" - "Hannover 96" oyunları 1:1 hesabı ilə yekunlaşıb.
Fanat.az