Almaniya Bundesliqasında cari mövsümün rəmzi komandası açıqlanıb.
Fanat.Az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, səsvermədə azarkeşlər, klub nümayəndələri və futbol mütəxəssisləri iştirak ediblər.
Mövsümün ən yaxşı "11-liy"ində Dortmund "Borussiya"sından 4, "Bayern"dən isə 3 futbolçu yer alıb.
Qapıçı: Qreqor Kobel ("Borussiya" Dortmund);
Müdafiəçilər: Jeremi Frimponq ("Bayer"), Matteys de Lixt, Alfonso Deyvis (hər ikisi "Bayern"), Niko Şlotterbek ("Borussiya", Dortmund);
Yarımmüdafiəçilər: Yulian Brandt, Cud Bellingem (hər ikisi "Borussiya", Dortmund), Camal Musiala ("Bayern");
Hücumçular: Mussa Diabi ("Bayer"), Niklas Fullkruq (Verder), Randal Kolo Muani ("Ayntraxt").
Bundesliqada mövsümün başa çatmasına 3 tur qalıb. Turnir cədvəlinə 65 xalla "Bayern" başçılıq edir. Liderdən 1 xal az toplayan Dortmund "Borussiya"sı isə ikincidir.