Almaniya Bundesliqasında 2019-20 mövsümünə yekun vurulur.
Fanat.Az xəbər verir ki, 34-cü turun bütün oyunları bu gün Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Çempionlar Liqasına son vəsiqə uğrunda Mönhenqladbah "Borussiya"sı və "Bayer" arasındakı mübarizənin taleyinə son turda aydınlıq gələcək. Bununla yanaşı, Bundesliqada qalmaq üçün pley-off oynamağa imkan verən 16-cı pilləyə sahib çıxmağa çalışan "Verder" və "Fortuna"nın müvafiq olaraq "Köln" və "Union"la oynayacaqları matçlar da böyük maraqla gözlənilir.
Almaniya Bundesliqası
34-cü tur
27 iyun
17:30. "Ayntraxt" (Frankfurt) - "Paderborn"
17:30. "Auqsburq" - "Layptsiq"
17:30. "Bayer" - "Maynts"
17:30. "Borussiya" (Dortmund) - "Hoffenhaym"
17:30. "Borussiya" (Mönhenqladbah) - "Herta"
17:30. "Verder" - "Köln"
17:30. "Volfsburq" - "Bavariya"
17:30. "Union" - "Fortuna" (Düsseldorf)
17:30. "Frayburq" - "Şalke"
Fanat.Az