Bundesliqada meydan sahiblərinin günü

Bundesliqada meydan sahiblərinin günü

Almaniya Bundesliqasında 13-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha dörd görüş reallaşıb.

Mönxenqladbax “Borussiya”sı “Hoffenhaym”ı, “Boxum” “Volfsburq”u, “Leypsiq” “Haydenhaym”ı, “Ştutqart” isə “Verder”i məğlub yola salıb.

Bu gün keçirilməli olan “Bayern” - “Union Berlin” matçı isə güclü qar səbəbindən təxirə salınıb.

Almaniya Bundesliqası 13-cü tur 1 dekabr

Darmştadt – Köln 0:1 Qol: Selke, 60.

2 dekabr

Bayern – Union Berlin matçı təxirə salınıb

Borussiya (Mönxenqladbax) – Hoffenhaym 2:1 Qollar: Plea, 58-pen. Nqumu, 80 – Veqorst, 60.

Boxum – Volfsburq 3:1 Qollar: Osterhaq, 19. Bernardo, 39. Adjey, 87 – Svanberq, 45+1.

Leypsiq – Haydenhaym 2:1 Qollar: Openda, 29. Poulsen, 44 – Gimber, 45+2.

Ştutqart – Verder 2:0 Qollar: Undav, 17. Girassi, 75.

3 dekabr

18:30. Maynts – Frayburq 20:30. Bayer – Borussiya (Dortmund) 22:30. Auqsburq – Ayntraxt

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər